SON DƏQİQƏ
» » Şok addım: Ölkədə 7 il tariflər dəyişməyəcək - Qərar

Şok addım: Ölkədə 7 il tariflər dəyişməyəcək - Qərar

Tarix:

20-12-2018, 11:30

/ 10 216 dəfə oxundu.
Şok addım: Ölkədə 7 il tariflər dəyişməyəcək - Qərar

Qazaxıstanda elektrik enerjisinin qiyməti 2025-ci ilə qədər dəyişməyəcək.

GunAz.az-ın məlumatına görə, bu barədə müvafiq qərarı ölkənin energetika naziri Kanat Bozumbayev imzalayıb.

Sənədə əsasən, növbəti 7 ildə elektrik enerjisinin tarifləri sabit qalacaq.

43 enerji istehlakçı qrupuna satılan elektrikin 1 kilovattı 4.5 (0.01 dollar) təngədən 11.64 (0.03) təngəyədək dəyişir.

Qərar 1 yanvar 2019-cu il tarixindən qüvvəyə minir.

Qazaxıstanda elektrik enerjisini əhaliyə və əhali qruplarına özəl qurumlar satır. Onlar tarifləri mövcud hədd daxilində özləri müəyyənləşdirirlər.

Qeyd edək ki, Qazaxıstanda kommunal və elektrik enerjisinin tarifləri məsələsi noyabrın 7-də Prezident Nursultan Nazarbayevin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə edilib.

Dövlət başçısı yüksək qiymətlərə görə müvafiq qurum rəhbərlərini sərt tənqid edib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ