SON DƏQİQƏ

Yəməndə bir dəqiqəlik atəşkəs

Tarix:

18-12-2018, 09:32

/ 10 213 dəfə oxundu.
Yəməndə bir dəqiqəlik atəşkəs

Yəməndə münaqişə tərəfləri arasında razılaşdırılmış atəşkəs qüvvəyə mindiyi andan bir neçə dəqiqə keçməmiş pozulub.

GunAz.az xəbər verir ki, bu haqda BBC Yəminin hökumət rəsmilərinə istinadən məlumat yayıb.

Razılaşmaya əsasən, atəşkəs rejimi liman şəhəri sayılan Hodeydədə gecə 24:00-da qüvvəyə minməli idi.

On minlələrlə insanın aclıqdan əziyyət çəkdiyi liman şəhəri beynəlxalq humanitar yardımın qəbulu baxımdan strateji əhəmiyyət kəsb etdiyindən, atəşkəs razılaşması zəruri bir addım idi. Lakin atəşkəs qüvvəyə minəndən bir neçə dəqiqə sonra üsyançı qüvvələr şərqi Hodeydəni artilleriya atəşinə tutub.

Hazırda şəhərdə qızğın döyüşlərin getdiyi bildirilir.

Xatırladaq ki, atəşkəs danışıqları ötən cümə axşamı BMT-nin xətti ilə İsveçdə baş tutmuşdu. Bir çox siyasi şərhçilər atəşkəs razılaşmasının dörd il davam edən vətəndaş müharibəsinin sona çatması baxımından ilk təkan olacağına ümid edirdi.

Hodeydə Yəmənin paytaxtı Sənadan 140 km qərbdə yerləşir. Yəmənin dördüncü ən iri şəhəri sayılır. 2014-cü ildə üsyançıların nəzarətinə keçənə qədər ölkənin iqtisadi baxımdan ən inkişaf etmiş şəhəri idi.

İyun ayında şəhər hökumətyönümlü qüvvələri dəstəkləyən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən bombardman edilir.

Yəməndə 22 milyondan çox insanın humanitar yardıma və dərmana ehtiyacı var. Səkkiz milyona yaxın insan aclıqdan əziyyət çəkir.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər