SON DƏQİQƏ

Tatlısəsi azərbaycanlı həkim sağaltdı

Tarix:

18-11-2018, 15:42

/ 10 285 dəfə oxundu.
Tatlısəsi azərbaycanlı həkim sağaltdı

Azərbaycanlı loqoped Esmria Kazımova Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsi sağaldıb.

GunAz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Tatlısəs özü sosial şəbəkədə yazıb:

“Son zamanlar danışanda insanlara dediklərimi 2 dəfə təkrar etmək məcburiyyətində qalırdım. Hər şeyin çarəsi var deyib, bu xırda problemi loqopedlə həll etməyə qərar evrdim. Allah yenə mənə kömək etdi və Esmira Kazımovanı qarşıma çıxardı. 1 ayda problemi həll etdik. Loqopedimə çox təşəkkür edirəm”.

Xatırladaq ki, İbrahim Tatlısəs 14 mart 2011-ci ildə İstanbulda silahlı hücuma məruz qalıb. Başından güllə yarası alan müğənni iflic olmuş və nitqində problemlər yaranmışdı.

скачать dle 12.1

Şərhlər