SON DƏQİQƏ

Məşhur aktyor vəfat etdi - FOTO

Tarix:

26-10-2018, 13:33

/ 10 285 dəfə oxundu.
Məşhur aktyor vəfat etdi - FOTO

Rusiyalı aktyor Nikolay Karaçentsov vəfat edib.

GunAz.az ölkə.az -a istinadən xəbər verir ki, bu barədə mərhumun həyat yoldaşı Lyudmila Porqina və oğlu Andrey məlumat verib. Məlumata əsasən, Nikolay səhər saatlarında Krasnoqors şəhərindəki onkoloji xəstəxanada dünyasını dəyişib.

Andrey bildirib ki, dünən atasını reanimasiyaya yerləşdiriblər. Səhəri gün isə aktyor vəfat edib.

Qeyd edək ki, 2005-ci ilin 28 fevral tarixində avtomobil qəzasına düşən aktyor kəllə-beyin travması almışdı və son gününə qədər sağalmamışdı. 2017-ci ildə isə Nikolaya xərçəng diaqnozu qoyulub.

Nikolay Karaçentsov 1944-cü ildə Moskvada anadan olub. Bir çox filmlərdə rol alıb. 1989-cu ildə xalq artisti adına layiq görülüb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ