SON DƏQİQƏ
» » ABŞ daha 2 “F-35” qırıcısını Türkiyəyə GÖNDƏRİR

ABŞ daha 2 “F-35” qırıcısını Türkiyəyə GÖNDƏRİR

Tarix:

25-10-2018, 12:35

/ 10 224 dəfə oxundu.
ABŞ daha 2 “F-35” qırıcısını Türkiyəyə GÖNDƏRİR

ABŞ Türkiyəyə 2019-cu ilin martında daha iki “F-35” qırıcısı verəcək.

GunAz.az Publika -ya istinadən xəbər verir ki, bu haqda Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, Türkiyəyə çatdırılacaq qırıcılar Malatyada təyyarə bazasında yerləşdiriləcək.

“Orada müvafiq infrastrukturun yaradılması üzrə intensiv işlər davam edir. Hər şey plan üzrə gedir. Üçüncü və dördüncü təyyarələr növbəti ilin martında veriləcək”, - nazir bildirib.

Qeyd edək ki, Türkiyə ən azı 100 ədəd “F-35 Lightining II” beşinci nəsil qırıcısı əldə etmək niyyətindədir. “F-35”-lər çoxmillətli proqram çərçivəsində istehsal edilir. Türkiyə proqrama 2002-ci ildə qoşulub.

Xatırladaq ki, daha əvvəl Texas ştatında “Lockheed Martin” şirkətinin müəssisəsində iki “F-35”-in təhvil verilməsi mərasimi keçirilib. Ankaraya verilmiş “F-35” təyyarələri 2019-cu ilin noyabrına qədər ABŞ-da türk pilotlarının təlimi üçün qalacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ