SON DƏQİQƏ

Amerikalı milyarder Corc Sorosa sui-qəsd

Tarix:

23-10-2018, 11:34

/ 10 289 dəfə oxundu.
Amerikalı milyarder Corc Sorosa sui-qəsd

Amerikalı milyarder Corc Sorosun Nyu-Yorkdakı evinin poçt qutusunda partlayıcı maddə tapılıb.

GunAz.az ölkə.az -a istinadən xəbər verir ki, Sorosun evdə olmadığı vaxt göndərilən partlayıcı maddə dolu paket mütəxəssislər tərəfindən zərərsizləşdirilib. Corc Soros Demokratlar partiyasını dəstəklədiyi üçün ifrat sağ görüşlü qrupların hədəflərindən birinə çevrilib.

Nyu-York polisi və FBİ xəfiyyələrinin axın etdiyi evdən verilən məlumata görə, Sorosun işçilərindən biri poçt qutusuna qoyulan paketi yoxlayıb. Paketin içində partlayıcı maddə olduğunu başa düşən şəxs onu meşə ərazisinə aparıb və polisə xəbər verib. Hazırda istintaqla FBİ məşğul olur.

скачать dle 12.1

Şərhlər