SON DƏQİQƏ
» » Səudiyyə Ərəbistanı ilk dəfə olaraq turistlərə elektron viza verəcək

Səudiyyə Ərəbistanı ilk dəfə olaraq turistlərə elektron viza verəcək

Tarix:

27-09-2018, 09:59

/ 10 252 dəfə oxundu.
Səudiyyə Ərəbistanı ilk dəfə olaraq turistlərə elektron viza verəcək

Səudiyyə Ərəbistanı “Vision-2030” strateji baxış proqramının bir hissəsi kimi turizm sektorunun inkişafı məqsədilə ölkədə böyük idman və əyləncə tədbirlərində iştirak etmək istəyən turistlərin viza alması üçün elektron platforma yaradıb.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, ilk dəfə elektron vizalar Səudiyyə Ərəbistanında keçiriləcək Formula E yarışlarını izləmək üçün bilet alan turistlərə veriləcək.

Bu ilin dekabrında baş tutacaq Formula E yarışları Səudiyyə Ərəbistanında ilk dəfə keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ