SON DƏQİQƏ

Putin ilə Netanyahu telefonda danışdılar

Tarix:

24-09-2018, 21:26

/ 10 211 dəfə oxundu.
Putin ilə Netanyahu telefonda danışdılar

Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

GunAz.az xarici mətbuata istinadən xəbər verir ki, danışıq İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbət zamanı V.Putin bildirib ki, Suriya Hərbi Hava Müdafiə Qüvvələrinin döyüş imkanlarını artırmaq üçün gördükləri tədbirlər yaranan vəziyyətə adekvatdır. 

Onun sözlərinə görə, Rusiyaya məxsus “İl-20” tipli təyyarənin bu günlərdə vurulmasına əsas səbəb İsrail Hərbi Hava Qüvvələrinin atdığı addımlar olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ