SON DƏQİQƏ
» » İranı qana bulayan terror hücumunun iştirakçıları həbs edildi

İranı qana bulayan terror hücumunun iştirakçıları həbs edildi

Tarix:

24-09-2018, 19:38

/ 10 226 dəfə oxundu.
İranı qana bulayan terror hücumunun iştirakçıları həbs edildi

İranın Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror aktının iştirakçıları həbs edilib.

GunAz.az xəbər verir ki, terrorçular parad vaxtı kütləyə atəş açmışdılar və İran prezidenti Həsən Ruhani son anda xilas edilmişdi. İran kəşfiyyatının naziri Mahmud Alevi bildirib ki, silahlı hücumun bir çox iştirakçısı həbs edilib.

Həlak olanların bu gün dəfn mərasimi keçirilib və Alevi mərasimdə iştirak edib. O, jurnalistlərə açıqlamalar verib. Nazir bildirib ki, hücumu həyata keçirən 4 nəfər öldürülüb və hadisəyə görə məsuliyyət daşıyan bir çox şəxs həbs edilib. Kəşfiyyat naziri bildirib ki, terror hücumunun arxasında dayanan bütün cinayətkarlar həbs ediləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ