Qazaxıstanda təyyarədə yanğın olub.
GunAz.az xarici mediaya istinadən xəbər verir ki, "Air Astana" aviaşirkətinə məxsus təyyarənin mühərriki eniş etdikdən sonra alışıb. Yanğın təyyarənin sol mühərrikində baş verib. Hadisə zamanı təyyarənin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub.
Yanğın söndürülüb və xəsarət alan yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır.