SON DƏQİQƏ
» » Türkiyə-İran sərhədində partlayış baş verib

Türkiyə-İran sərhədində partlayış baş verib

Tarix:

11-09-2018, 16:52

/ 10 225 dəfə oxundu.
Türkiyə-İran sərhədində partlayış baş verib

Türkiyə-İran sərhədində partlayış törədilib. 

GunAz.az xəbər verir ki, hadisə sentyabrın 11-də Türkiyənin İğdır əyalətinin Aralıq rayonunda, Ağrı dağının ətəklərində qeydə alınıb.

Belə ki, hərbçilər avtomobillə iki ölkə arasındakı sərhəd divarı xəttində yoxlama apararkən əldəqayırma qurğu işə düşüb. Nəticədə Türkiyənin 5 hərbçisi yaralanıb.

Avtomobildəki hərbçilər müxtəlif dərəcədə yaralanıblar. Onların həyatı üçün təhlükənin olmadığı da bildirilib. 

Hadisə yerində əməliyyat keçirilir, araşdırma aparılır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ