SON DƏQİQƏ

Kobzondan milyardlıq miras qaldı

Tarix:

30-08-2018, 22:45

/ 10 335 dəfə oxundu.
Kobzondan milyardlıq miras qaldı

Tanınmış müğənni İosif Kobzondan övladlarına və nəvələrinə 1 milyard rubl dəyərində qiymətləndirilən miras qalıb.

GunAz.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kobzona Moskva ətrafındakı Bakovka qəsəbəsində iki hektarlıq torpaq sahəsi məxsusdur.

Ərazidə 3 yaşayış evi, qonaq evi, mühafizəçilər üçün ev, habelə təsərrüfat bloku yerləşir. Bütün bunların bazar qiyməti 400 milyon rubla bərabərdir.

Həmçinin Kobzonun Moskvada Yeni Arbat küçəsində 0,5 milyard rubl qiymətində olan ikimərtəbəli penthausu var. Üstəlik müğənnidən övladlarına qiyməti 10 milyon rubldan çox olan “Mercedes Maybach” minik avtomobili qalıb.

Qeyd edək ki, İ. Kobzon bu gün vəfat edib. 2005-ci ildə Kobzona xərçəng diaqnozu qoyulmuşdu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ