SON DƏQİQƏ
» » Amerika xalqı Trampa qarşı AYAĞA QALXDI – Fəlakət ssenarisi GÜNBƏGÜN YAXINLAŞIR

Amerika xalqı Trampa qarşı AYAĞA QALXDI – Fəlakət ssenarisi GÜNBƏGÜN YAXINLAŞIR

Tarix:

28-08-2018, 23:51

/ 10 342 dəfə oxundu.
Amerika xalqı Trampa qarşı AYAĞA QALXDI – Fəlakət ssenarisi GÜNBƏGÜN YAXINLAŞIR

ABŞ-ın 40 faizindən çox sakini prezidenti Donald Trampın impiçmentini dəstəkləyir.

Publika.az xəbər verir ki, bu haqda “Axios” nəşri və “SurveyMonkey” şirkəti tərəfindən keçirilmiş sorğunun nəticələrində deyilir.

Sorğunun nəticələrindən göründüyü kimi, respondentlərin 44 faizi Trampın impiçmenti prosedurunun başlanmasını dəstəkləyirlər. Onlardan 79 faizi Demokratlar Partiyasının tərəfdarlarıdır. Respondentlərin 64 faizi bildiriblər ki, prezidentin sabiq vəkili Maykl Koenə etibar edirlər.

Sorğu 2018-ci ili avqustun 22-dən 24-dək keçirilib.

Daha əvvəl ABŞ Nümayəndələr Palatasında demokratların lideri Nensi Pelosi bildirib ki, Maykl Koen və Trampın seçki qərargahının sabiq başçısı Pol Manafortun iştirakı ilə keçirilən məhkəmə təhqiqatına baxmayaraq, Trampın impiçmenti demokratlar üçün prioritet deyil.

Qeyd edək ki, noyabrın 6-da ABŞ Konqresinə aralıq seçkiləri keçiriləcəklər. Seçkilərin nəticələri ölkənin siyasi gələcəyi üçün böyük əhəmiyyətə malikdir. Seçkilər yalnız qanunverici orqanda qərarların qəbulu prosesinə təsir göstərməyəcək, həm də Konqresdə nəzarətin Demokratlar Partiyasına keçəcəyi halda, indiki prezidentin impiçmenti proseduru başlana bilər.

Xatırladaq ki, ABŞ KİV-lərinin yaydığı məlumata görə, dələduzluqda ittiham olunan Trampın keçmiş vəkili Maykl Koen avqustun 21-də özü könüllü Federal Təhqiqatlar Bürosuna (FTB) gedib. Bu, Koenin vəkilləri ilə prokurorlar arasında əldə edilmiş sövdələşmə çərçivəsində baş tutub. Sövdələşmə Koenin vergilərdən yayınması, Trampın seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi ilə bağlı qanunsuzluqlar, habelə bank sferasında maxinasiyalar barədə ittihamlara aiddir.

Bir gün sonra isə Maykl Koen Nyu-York məhkəməsində ifadə verib. Onun sözlərinə görə, milyarderin şəxsi göstərişi ilə prezidentin seçkiqabağı fondu onun keçmiş məşuqələri – Stefani Klifford və playboy modeli Karen Maqduqala nüfuzuna xələl gətirilməməsi üçün pul ödəyib. Tramp Melaniya ilə evli olduğu halda həmin qadınlarla intim münasibətlərdə olduğu bildirilir.

“Əgər bu qadınlara pul ödəmək Makyl Koen üçün cinayətdirsə o zaman nəyə görə Donald Tramp üçün də cinayət sayılmasın?”- Koenin vəkili məhkəmədə sual edib.

CNN bildirir ki, Koen məhkəmədə birbaşa Trampın adını çəkməyib, amma məhkəmə sənədlərində prezidentin adı “Şəxs-1” kimi keçir.

Əvvəlcə Tramp iddia edirdi ki, bu ödəmələr haqqında məlumatı yoxdur. Ancaq daha sonra KİV audioyazını dərc edib. Audioyazıya görə, o, ən azı bir ödəmə barədə xəbərdar idi.

Koenin həbs edildiyi gün Virciniya məhkəməsi onun seçki qərargahının rəhbəri olmuş Pol Manafortu 18 ittihamdan 8-i üzrə təqsirli bilib. Bura vergilərdən yayınma, maliyyə maxinasiyaları, xaricdə gizli bank hesabı açmaq ittihamları da daxildir. Manafort hazırda həbsdədir və onu uzunmüddətli cəza gözləyir.

Tramp Koeni istintaqla sazişi bağlamaq məqsədi ilə qanunları pozmaqda və yalan danışmaqda ittiham edib. O həmçinin bildirdi ki, Manaforta təzyiq göstərilmişdi.

ABŞ prezidenti ona qarşı impiçment elan edəcəkləri halda, maliyyə bazarlarının çökəcəyi barədə xəbərdarlıq etdi.

“Başa düşmürəm ki, öz işinin öhdəsindən gələn bir prezidentə necə impiçment elan etmək olar. Əgər nə vaxtsa mənə qarşı impiçment elan etsələr, bazarlar çökəcək, hamı çox kasıb olacaq", - Ağ Evin başçısı “Fox News” telekanalına müsahibəsində demokratları hədələyib.

Rusiyanın amerikalı eksperti Dmitri Drobniskinin sözlərinə görə, mümkün impiçmentin elanının nəticələri ən müxtəlif ola bilər.

Onun fikrincə, kütləvi qarışıqlıqların və hətta mikro vətəndaş müharibəsinin olması mümkündür. Ekspert xatırladıb ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens Ohayo ştatında seçkiqabağı mitinqlərdən birində keçmiş dövlət katibi Hillari Klintonun qələbəsi halında vətəndaş müharibəsini təşkil edəcəyinə söz vermişdi.

Mütəxəssisin fikrincə, Trampa səs verən ştatlarda artıq belə əhval-ruhiyyələr var. O hesab edir ki, əgər impiçment elan edilərsə, onda bunun baş verməsi istisna edilmir.

Bundan başqa, Drobniski bildirir ki, maliyyə bazarları bu hadisəyə son dərəcə mənfi reaksiya verə bilər. Bu baxımdan, ekspert hesab edir ki, Trampın fikirləri ilə razılaşmamaq olmaz.

“Sputnik” radiosunun efirində Siyasi Sosiologiya İnstitutunun direktoru, rusiyalı politoloq Vyaçeslav Smirnov deyib ki, Amerika elitası prezidenti qəbul etmədi.

“Elitanın onun qələbəsi ilə barışmadığını indi Tramp da təsdiq edir. Buludlar qatılaşır, vəziyyət kifayət qədər ağırdır. Amerikada aralıq seçkiləri gəlir”, - o bildirib.

Donald Trampın vəkili, Nyu-Yorkun keçmiş meri Rudolf Culiani “Sky News” telekanalına müsahibəsində bildirib ki, Ağ Evin başçısı impiçment nəticəsində vəzifədən kənarlaşdırılarsa, ABŞ-da üsyan baş verə bilər.

Onun sözlərinə görə, ABŞ-ın qüvvədə olan prezidenti dəyişmək yalnız siyasi motivlər üzrə olar və bu halda Amerika xalqı üsyanı təşkil edəcək.

Prezident seçkilərində Donald Trampın qələbəsini düzgün proqnozlaşdıran Amerika Universitetinin professoru, tarixçi Allan Lixtman daha əvvəl hazırkı dövlət başçısının mümkün impiçment tarixini açıqlamışdı. O bildirmişdi ki, aralıq seçkilərdən əvvəl heç kim Trampı istefaya göndərməyəcək. Onun fikrincə, respublikaçıların özləri gözlənilməz siyasətçini bu vəzifədə görmək istəməyəcəklər. Lixtmanı hesab edir ki, indiki vitse-prezident Maykl Pensin respublikaçıları daha çox qane edir.

“Rusiyanın “domokl qılıncı” Amerika prezidentinin üzərində asılıb. Nəhayət, Niksonda ( ABŞ prezidenti Riçard Niksonun istefası ilə nəticələnən “Uotergeyt” qalmaqalından söhbət gedir – red.) olduğu kimi respublikaçılar Konqresdə məğlub olarsa, onda impiçment proseduru başlanacaq”, - Lixtman qeyd edib.

Daha əvvəl Donald Trampın Tvitter hesabında yazmışdı ki, 2016-cı ildə seçkilərdə qələbə onun tək səhvi olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ