SON DƏQİQƏ
» » Saakaşvili Ukraynaya qayıdacağı vaxtı açıqladı

Saakaşvili Ukraynaya qayıdacağı vaxtı açıqladı

Tarix:

17-08-2018, 18:54

/ 10 254 dəfə oxundu.
Saakaşvili Ukraynaya qayıdacağı vaxtı açıqladı

Pyotr Poroşenko hakimiyyətdən gedəndə mən də Ukraynaya qayıdacam.

GunAz.az xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti, Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvili deyib.

“Poroşenko gedən kimi məhkəmə yolu ilə vətəndaşlığımı bərpa edəcəm. Ancaq mən imzamı təqlid edən, hakimləri və şahidləri qorxudan şəxslərin qanunla müəyyən edilmiş qaydada cavab vermələrinə nail olacağam. Nəhayət kimsə cavab verməlidir. Təbii ki, mən Ukraynaya geri dönəcəyəm”, - Saakaşvili bildirib.

Gürcü siyasətçi Yeni Qüvvələr Hərəkatı Partiyasının Ukraynada 2019-cu ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini də açıqlayıb. (axar.az)

скачать dle 12.1

Şərhlər