SON DƏQİQƏ

Hərbi bazaya hücum - 38 ölü

Tarix:

15-08-2018, 15:17

/ 10 212 dəfə oxundu.
Hərbi bazaya hücum - 38 ölü

Taliban silahlıları Əfqanıstanın şimalındakı Baqlan vilayətindəki hərbi bazaya hücum ediblər.

GunAz.az xəbər verir ki, hücum nəticəsində 38 hərbçi həlak olub. Bu barədə əyalətin rəsmisi Səfdər Muhsini məlumat verib.

Məlumata əsasən, terrorçular Baqlanın Ələddin bölgəsindəki hərbi bazaya hücum edilər. 38 nəfər ölüb, bir çox əskər yaralanıb. Silahlı insident nəticəsində bir çox talibançı da qətlə yetirilib.

Taliban isə hücumdan sonra açıqlama verərək bazaya nəzarəti ələ keçirdiklərini və 70 əfqan əskərini öldürdüklərini bildiriblər.

Dünən də Taliban Fəryab vilayətindəki hərbi düşərgəyə hücum edərək 20 hərbçini öldürüblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ