SON DƏQİQƏ
» » Zərifdən kritik açıqlama: "Bütün dünya ölkələri..."

Zərifdən kritik açıqlama: "Bütün dünya ölkələri..."

Tarix:

8-08-2018, 15:09

/ 10 334 dəfə oxundu.
Zərifdən kritik açıqlama: "Bütün dünya ölkələri..."

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın ölkəsinə tətbiq etdiyi maliyyə sanksiyaları ilə bağlı ilk açıqlamasını verib.

GunAz.az xəbər verir ki, nazir ABŞ-ın qeyri-sabit qərarları səbəbilə dünyada güvənini itirdiyini və bu səbəbdən ABŞ-la yeni görüşlər düşünməyin çətin olduğunu deyib.

“İndi müzakirə etdiyimizi düşünün, onlara necə güvənə bilərik? Amerika daima ziqzaq çəkir, buna görə də indi onlara heç kim güvənmir” -, Zərif bildirib.

ABŞ prezidenti Donald Tramp İranın bölgədəki mənfi davranışlarını əhatə edən müzakirələr üçün görüşmək istədiyini bildirmiş, lakin bu tələb İran tərəfindən rədd edilmişdi. Bu tələblə bağlı fikrini bildirən Zərif - “bu dəfə böyük fərq var. Əvvəl heç kim İranı dəstəkləmədi. Ancaq indi dünyadakı bütün ölkələr yanımızdadır” - ifadələrini işlədib.

скачать dle 12.1

Şərhlər