SON DƏQİQƏ
» » Günəş sistemində ilk vulkanlar nə zaman yaranıb?

Günəş sistemində ilk vulkanlar nə zaman yaranıb?

Tarix:

7-08-2018, 14:23

/ 10 680 dəfə oxundu.
Günəş sistemində ilk vulkanlar nə zaman yaranıb?

Mavritaniyada tapılan unikal meteorit alimlərə Günəş sistemində ilk vulkanların yaranma tarixini kəşf etməyə işıq tutub.

GunAz.az xəbər verir ki, Günəş sistemində ilk vulkanlar 4564 milyon il əvvəl, bizim planet sisteminin yaranmasından 3 milyon il sonra fəaliyyətə başlayıb. Yeni kəşflə bağlı məqalə “Nature Communications” jurnalında dərc edilib.

Meteoritin analizi sübut edib ki, Günəş sistemində vulkanlar Yer və digər planetlərin yaranmasından əvvəl fəaliyyətə başlayıb. Digər bənzər asteroidlərin tədqiqi isə Merkuri və bu tip asteroidlərin necə yaranacağı məsələsini açacaq.

Günəş sistemi 4.6 milyard il əvvəl yaranmağa başlayıb. Sistem ulduzlararası molekulyar buludun qravitasiya kollapsı nəticəsində yaranıb. Maddənin əsas hissəsi Günəşin yaranmasına, digəri isə asteroid, planetlərin, onların peykləri və digər səma cisimlərinin yaranmasına gedib.

Planetoloqların fikrinə əsasən, nəhəng planetlər ölçülərinə Günəş sisteminin ilk 10 milyon ilində nail olublar. Yer və onun qonşu planetləri daha gec, bir neçə yüz milyon il sonra yaranıb. Alimlər hələ də bunun necə yarandığı barədə mübahisə edirlər.

Məsələ burasındadır ki, Yerin litosfet təbəqəsi daim dəyişir və yenilənir. Bu səbəbdən planetimizdə Günəş sisteminin ilkin materiyasının heç bir nümunəsi qalmayıb.

Yeganə araşdırılası mövzu qədimdən qalma asteroidlərdir və bu asteroidlər Günəş sisteminin ilk günlərində yaranıb və planetimizə düşüb. Son on il ərzində alimlər onlarla belə asteroidi şimali Afrika, Mərakeş, Mavritaniya, Antarktida və digər ərazilərdə tapıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ