SON DƏQİQƏ

Rusiyadan SƏRT XƏBƏRDARLIQ

Tarix:

6-08-2018, 16:30

/ 10 242 dəfə oxundu.
Rusiyadan SƏRT XƏBƏRDARLIQ

Rusiyanın baş naziri Dmitri Medvedev Gürcüstanın NATO hərbi blokuna daxil olması ilə bağlı sərt açıqlamalar verib.

GunAz.az  xəbər verir ki, baş nazir Gürcüstanın hərbi bloka daxil olmasının qorxuducu bir qarşıdurmaya səbəb olacağını və bu durumun mənfi nəticələr doğuracağını deyib.

Radio proqramında açıqlama verən baş nazir Gürcüstanın NATO-ya daxil olmasının niyə lazım olduğunu anlamadıqlarını bildirib. O qeyd edib ki, Şimali Osetiyada 2008-ci ildə baş verən hadisələrin əvvəlcədən qarşısını almaq mümkün ola bilərdi və Gürcüstanın belə fəlakətlərlə qarşılaşmaması üçün NATO-ya üzv olmasına ehtiyac yoxdur.

Qeyd edək ki, NATO üzvləri olan Litva, Latviya və Polşanın xarici işlər nazirləri sözügedən məsələ ilə bağlı bu gün müzakirələr aparmaq üçün Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.

NATO-nun baş katibi Yens Stoltenberq bir müddət öncə verdiyi açıqlamada bütün NATO üzvlərinin Gürcüstanı üzvlüyə hazırlamaq üçün çalışacaqlarını bildirmişdi.

скачать dle 12.1

Şərhlər