SON DƏQİQƏ

Danimarkada niqaba görə cərimə yazıldı

Tarix:

5-08-2018, 22:47

/ 10 246 dəfə oxundu.
Danimarkada niqaba görə cərimə yazıldı

Danimarkanın Horsholm şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərin ticarət mərkəzlərindən birində niqab taxmış qadına ölkədə ilk dəfə cərimə yazıblar.

GunAz.az xəbər verir ki, polislər iki qadın arasında baş vermiş davaya görə alış-veriş mərkəzinə gəliblər. Mübahisə edən iki qadından birinin digərinin üzündəki niqabı çıxarmaq istədiyi bildirilib.

Polis nümayəndələrinin sözlərinə görə, dava zamanı onlardan birinin üzündəki niqab düşüb, lakin polis gələndə  qadın niqabı yenidən taxıb.

Polis, baş geyimini çıxarmaq təklifini rədd edən qadına 134 avro cərimə yazıb.

Məlumat üçün bildirək ki,1 Avqust tarixindən Danimarkada niqab qadağan olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ