SON DƏQİQƏ

Danimarkada niqab qadağan olundu

Tarix:

31-05-2018, 17:46

/ 10 332 dəfə oxundu.
Danimarkada niqab qadağan olundu

 

Gunaz.az xəbər verir ki, bununla bağlı ölkə parlamenti qərar qəbul edib. Qanun layihəsinin lehinə 70, əleyhinə isə 30 deputat səs verib.

Qadağa avqustun 1-dən qüvvəyə minəcək və qanunu pozanlar min kron məbləğində cərimə olunacaq. Bundan əlavə, qadağanı dörd dəfədən çox pozanlar 10 min kron cərimə ödəyəcək.

Ölkənin Ədliyyə naziri Sören Pape Poulsen mətbuata açıqlamasında polisin qadınları niqabı soyunmağa məcbur etməyəcəyini, cəriməni ödədikdən sonra evlərinə göndəriləcəklərini söyləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ