SON DƏQİQƏ

Rusiya amerikalı aktyora vəzifə verdi

Tarix:

5-08-2018, 13:57

/ 10 228 dəfə oxundu.
Rusiya amerikalı aktyora vəzifə verdi

Hollivud “ulduzu”, məşhur amerikalı aktyor Steven Siqala Rusiya Xarici İşlər Nazirliyində vəzifə verilib.

GunAz.az xəbər verir ki, aktyor XİN-də Rusiya – ABŞ Humanitar Münasibətlər Departamentinin xüsusi nümayəndəsi postuna təyin edilib.

Rusiya XİN yaydığı bəyanatda bununla bağlı yayılmış məlumatları təsdiq edib. Lakin Siqal bu vəzifəyə görə maaş almaqdan imtina edib.

Qeyd edək ki, 2016-cı ildə Rusiya vətəndaşlığı almış amerikalı aktyor Ukraynanın Krım bölgəsinin Rusiyaya ilhaqını dəstəkləyir. O, eyni zamanda Donbas bölgəsindəki rus separatçıları dəstəkləyən açıqlama da vermişdi.

2017-ci ildə Ukrayna Milli Təhlükəsizlik Xidməti (SBU) Steven Siqalın ölkəyə girişinin qadağan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ