SON DƏQİQƏ
» » Tramp: “Putinlə münasibətləri qaydasına saldım”

Tramp: “Putinlə münasibətləri qaydasına saldım”

Tarix:

3-08-2018, 11:33

/ 10 214 dəfə oxundu.
Tramp: “Putinlə münasibətləri qaydasına saldım”

ABŞ prezidenti Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə Rusiya lideri ilə bağlı açıqlama verib.

GunAz.az xəbər verir ki, Tramp Putinlə münasibətləri qaydasına qoyduğunu bəyan edib.

“Helsinkidə mən Vladimir Putinlə gözəl görüş keçirdim. Biz hər şeyi müzakirə etdik. Həqiqətən də işləri qaydasına qoyduq”, - deyə amerikalı lider bildirib.
Bununla yanaşı, Tramp ABŞ-ın keçirilən sammitinə reaksiyasını şərh edərkən bildirib ki, ondan rusiyalı həmkarı ilə boks yarışı gözləyirdilər.

Qeyd edək ki, 16 iyul tarixində Tramp və Putin arasında Finlandiyanın paytaxtında ilk tammiqyaslı danışıqlar keçirilib. Prezidentlər 2 saatdan çox təkbətək görüş keçiriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ