SON DƏQİQƏ

Çavuşoğlu və Lavrov Sinqapurda görüşdü

Tarix:

2-08-2018, 18:51

/ 10 295 dəfə oxundu.
Çavuşoğlu və Lavrov Sinqapurda görüşdü

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirib.

GunAz.az xəbər verir ki, diplomatların görüşü Sinqapurda keçirilən 51-ci Cənubi-şərq Asiya Dövlətlər İttifaqının (ASEAN)  XİN rəhbərlərinin iclası çərçivəsində baş tutub.

Diplomatik mənbələrdən verilən məlumata əsasən, Çavuşoğlu və Lavrov ikitərəfli əməkdaşlıqla yanaşı Suriya başda olmaqla regional məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, Çavuşoğlu ASEAN-ın iclası çərçivəsində dünən İndoneziyanın XİN rəhbəri Retno Marsudi ilə, bu gün isə Yaponiyanın və İranın XİN rəhbərləri - Taro Kono və Cavad Zərif ilə görüşüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ