SON DƏQİQƏ

Ruhani parlamentdə hesabat verəcək

Tarix:

1-08-2018, 12:29

/ 10 386 dəfə oxundu.
Ruhani parlamentdə hesabat verəcək

İran prezidenti Həsən Ruhani ölkə parlamentində hesabat verəcək.

GunAz.az xəbər verir ki, prezident 80 millət vəkilinin ölkə iqtisadiyyatı daxil olmaqla, daxili və xarici siyasətlə bağlı suallarını cavablandıracaq. 

Prezident Həsən Ruhaniyə sualları cavablandırmaq üçün bir ay vaxt verilib. 

İran İslami Şura Məclisinin spikeri Əli Laricani bildirib ki, millət vəkillərinin prezident Həsən Ruhaniyə ünvanladıqları suallar hökumətin  valyuta və mal qaçaqmalçılığına nəzarət edə bilməməsi, bank sisteminə qarşı sanksiyaların davam etdirilməsi, işsizliyin aradan qaldırılmasında hökumətin yetərsiz işlər görməsi, son illərdə inflyasiya səviyyəsinin və xarici valyuta məzənnələrinin artması, eləcə də rialın dəyərinin kəskin şəkildə düşməsi ilə bağlıdır. 
Qeyd edək ki, son günlər İranda ABŞ dollarının məzənnəsinin yüksəlməsi və ölkədə bəzi məhsulların qiymətinin qalxması deputatların hökumət üzvlərinin fəaliyyətindən narazılığına səbəb olub. Millət vəkilləri prezidentdən iqtisadi komandanın dəyişməsini istəyib. Hökumət yaxın günlərdə ölkədəki iqtisadi durumu yaxşılaşdırmaq üçün yeni iqtisadi paket təqdim edəcəyini açıqlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ