SON DƏQİQƏ

MTŞ-dən ABŞ-a sərt mesaj

Tarix:

31-07-2018, 00:05

/ 10 244 dəfə oxundu.
MTŞ-dən ABŞ-a sərt mesaj

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) toplantısı keçirilib.

GunAz.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 5,5 saat davam edən toplantıdan sonra yazılı açıqlama verilib.

Açıqlamada Türkiyə və ABŞ arasındakı son münasibətlərə toxunulub. Qeyd edilib ki, Türkiyə Birləşmiş Ştatların təhdid dilini qəbul etmir.

“Rəsmi Vaşinqtonun bu cür davranışı ölkələr arasındakı müttəfiqlik münasibətlərinə uyğun deyil. ABŞ tərəfindən Türkiyənin ünvanına istifadə edilən təhdid dili hörmətsizlikdir və bu, tamamilə yolverilməzdir", - açıqlamada bildirilir.

FETÖ, PKK/PYD-YPG və İŞİD başda olmaqla, milli birliyi təhdid edən bütün terror təşkilatlarına qarşı mübarizənin ölkə daxilində və xaricində eyni əzm və qətiyyətlə davam ediləcəyi açıqlamada vurğulanıb.

Həmçinin Suriyada konkret addımlar atılacağı bildirilib. Egey və Şərqi Aralıq dənizləri ətrafında baş verən son proseslərin yaxından izlənildiyi qeyd olunan açıqlamada bildirilib ki, Türkiyənin dənizlərdəki haqq və mənafelərinin qorunmasında qətiyyət nümayiş etdiriləcək.

скачать dle 12.1

Şərhlər