SON DƏQİQƏ

Türkiyədə daha 10 PKK-çı öldürüldü

Tarix:

30-07-2018, 17:47

/ 10 267 dəfə oxundu.
Türkiyədə daha 10 PKK-çı öldürüldü

Türkiyənin Tunceli valiliyi Pülümür ilçesində terroristlərə qarşı hava dəstəyi ilə əməliyyat həyata keçirilib.

GunAz.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, yerli vətəndaşların şikayəti ilə PKK terrorçularına qarşı keçirilən əməliyyatda 10 terrorist məhv edilib.

Yerli vətəndaşlar əməliyyat keçirməyə hazırlaşan terrorçular barədə xəbər veriblər. Daha sonra İl Jandarma Komandirliyi hava dəstəyi ilə əməliyyat keçirərək terrorçuları zərərsizləşdirib.

Hadisə ilə əlaqədar verilən bəyanatda əməliyyatların davam etdirildiyi və bu barədə məlumat veriləcəyi də qeyd edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ