SON DƏQİQƏ

Trampdan həyat yoldaşına QADAĞA

Tarix:

25-07-2018, 15:42

/ 10 322 dəfə oxundu.
Trampdan həyat yoldaşına QADAĞA

ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl etdiyi xarici səfəri zamanı köməkçilərinə prezident təyyarəsində həyat yoldaşı Melaniyanın qarşısındakı televizorda CNN telekanalını bağlamağı tapşırıb. 

GunAz.az xəbər verir ki, bununla bağlı "The New York Times" qəzeti məlumat yayıb. 

Nəşrin məlumatına görə, ABŞ prezidenti həyat yoldaşının qarşısındakı televizorun CNN telekanalını göstərdiyini görəndə qəzəblənib. Dövlət başçısı köməkçilərinə qışqırıb və onları əsas tələblərdən birini pozmaqda ittiham edib. Tələbə əsasən, prezident təyyarəsində ancaq "Fox News" telekanalı izlənə bilər.

Trampın köməkçiləri təsdiq ediblər ki, bundan sonra prezident təyyarəsindəki bütün televizorlar "Fox News" telekanalını göstərəcək. 

скачать dle 12.1

Şərhlər