SON DƏQİQƏ

“Kurtlar Vadisi”nin aktyoru qəzaya düşdü

Tarix:

23-07-2018, 11:08

/ 10 310 dəfə oxundu.
“Kurtlar Vadisi”nin aktyoru qəzaya düşdü

“Kurtlar Vadisi Pusu” serialındakı “Davut Tataroğlu” obrazı ilə məşhurlaşan türkiyəli aktyor Can Gürzap qəzaya düşüb.

GunAz.az xəbər verir ki, sənətçini Sapanca ərazisində yoldan keçərkən motosiklet vurub.

74 yaşlı aktyor qanlar içində yerə yıxılıb. Bu zaman onun köməyinə küçədən keçən insanlar gəlib. Təcili yardımla xəstəxanaya aparılan Gürzapın başı və sinəsi yaralanıb. Sənətçi travma keçirib.

Beyin cərrahı sənətçinin başının və sinəsinin tomoqrafiya olduğunu, Gürzapın vəziyyətinin hələlik stabil olduğunu deyib.

Qeyd edək ki, aktyoru vuran motosikletin nömrəsiz olduğu və sürücünün Suriya əsilli şəxs olduğu ortaya çıxıb.

Onu da bildirək ki, qəzada yaralanan motosiklet sürücüsü də eyni xəstəxanada müalicə alır.

скачать dle 12.1

Şərhlər