SON DƏQİQƏ
» » Güclü yağış Gürcüstanda ciddi fəsadlar törədib

Güclü yağış Gürcüstanda ciddi fəsadlar törədib

Tarix:

22-07-2018, 21:42

/ 10 222 dəfə oxundu.
Güclü yağış Gürcüstanda ciddi fəsadlar törədib

Güclü yağış Gürcüstanın Kaxeti bölgəsində ciddi fəsadlar törədib. 

GunAz.az APA-ya istinadən xəbər verir ki, çay səviyyəsinin qalxması nəticəsində Siqnaxi və Laqodexi rayonlarının 4 kəndində daxili yolları və yaşayış evlərini su basıb.

Fövqəladə halların İdarə olunması Xidməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə tədbirləri davam etdirir.

Gürcüstanda qeyri-sabit hava şəraitinin sabah da davam edəcəyi gözlənilir. Fövqəladə halların İdarə olunması Xidməti və digər aidiyyatı qurumlar xüsusi rejimə keçiblər.

скачать dle 12.1

Şərhlər