SON DƏQİQƏ

FACİƏ: Gəmi qəzasında 42 nəfər həlak oldu

Tarix:

9-07-2018, 11:50

/ 10 311 dəfə oxundu.
FACİƏ: Gəmi qəzasında 42 nəfər həlak oldu

Taylandın Phuket adası sahillərində "Feniks" gəmisinin qəzaya uğraması nəticəsində 42 nəfərin öldüyü təsdiqlənib.

GunAz.az xəbər verir ki, bundan əlavə, 14 nəfər itkin düşmüş sayılır.

Ölkənin idman və turizm naziri Virasak Kovasurat qeyd edib: "Biz itkin düşənləri tapacağımıza ümid edirik".

Onun sözlərinə görə, bir neçə cəsəd bu gün tapıla bilər. Xilasedicilər gün ərzində yaxınlıqdakı çimərliklərdə, helikopterlər və təyyarələr isə dənizdə axtarışları davam etdirəcəklər.

Qeyd edək ki, iyulun 5-də Phuket adası sahillərində iki turist gəmisi ("Feniks" və "Serenat") qəzaya uğrayıb. Phuket əyalətinin qubernatorunun sözlərinə görə, "Feniks"də 93 sərnişin və 12 heyət üzvü olub. Onlardan yalnız 49-nu xilas etmək mümkün olub.

скачать dle 12.1

Şərhlər