SON DƏQİQƏ

Tramp Merkeli tənqid etdi

Tarix:

6-07-2018, 11:50

/ 10 217 dəfə oxundu.
Tramp Merkeli tənqid etdi

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkeli kəskin tənqid atəşinə tutub.

GunAz.az-ın məlumatına görə, amerikalı lider kansleri müdafiə xərclərinə kifayət qədər vəsait ayırmamaqda ittiham edir.

Montanada keçirilən mitinq zamanı çıxışında D.Tramp bildirib ki, Almaniya Aİ-nin ən böyük ölkəsi olduğu halda büdcədə müdafiə xərclərinnə az pay ayırıb ki, bu qəbuledilməzdir.

D.Tramp daha sonra əlavə edib: "Sonra onlar gedir neft və qaza görə Rusiyaya milyardlarla dollar ödəyirlər, biz isə (yəni ABŞ) axmaq kimi qalan xərcləri ödəməliyik".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ