SON DƏQİQƏ

Sarkisyanın qardaşı evdən qaçdı

Tarix:

5-07-2018, 08:32

/ 10 264 dəfə oxundu.
Sarkisyanın qardaşı evdən qaçdı

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan evində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan uzunmüddətli axtarışlardan sonra mənzilini tərk edib.

GunAz.az xəbər verir ki, Serj Sarkisyanın qardaşı dövlət seriya nömrəli avtomobilə əyləşərək evdən uzaqlaşıb. O, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları A.Sarkisyanın evindən bükülmüş əşya – çox güman ki, tüfəng, həmçinin şəkil aparıblar. O, iyunun 25-də qanunsuz silah saxlamaqda şübhəli bilinərək saxlanılıb. Lakin həmin gün azadlığa buraxılıb. Daha sonra Ermənistan polisinin rəhbəri Valeri Osipyan bildirib ki, onun evində tapılan silah qanuni olub.

İyulun 2-də müstəntiqlər eks prezidentin digər qardaşı Levon Sarkisyanı oğlu və qızı ilə birlikdə gəlir bəyannaməsindən yayınmaqda və qanunsuz olaraq varlanmaqda şübhəli bilərək, ondan başqa yerə getməmək haqqında iltizam alıblar. (report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ