Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarkisyanın qohumlarına ölkədən çıxmaq qadağan edilib.
Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, keçmiş prezidentin qardaşı Levon Sarkisyan və onun övladları 6,8 milyon dollar məbləğində bank depozitini vergi orqanlarından gizlədib.
Onların evində aparılan axtarışlar nəticəsində bank sənədləri müsadirə edilib.