SON DƏQİQƏ

İraqda ondan çox terrorçu edam edildi

Tarix:

29-06-2018, 14:37

/ 10 240 dəfə oxundu.
İraqda ondan çox terrorçu edam edildi

İraq hökuməti terrorçuluqda ittiham olunan 12 nəfəri edam edib. Edam prosesi baş nazir Heydər əl-Abadinin terrorçuların dərhal dar ağacından asılması ilə bağlı əmrindən sonra baş tutub. 

GunAz.az xəbər verir ki, bununla bağlı “Reuters” agentliyi məlumat yayıb. 

Bir müddət öncə ölkə parlamenti baş nazir əl-Abadidən və prezidenti Fuad Maasumdan İŞİD terrorçularının edam edilməsini tələb etmişdi. 

Əl-Abadi 2017-ci ilin dekabrında ölkədə İŞİD-in məhv edildiyini açıqlamışdı.

скачать dle 12.1

Şərhlər