SON DƏQİQƏ

Türkiyə Aİ-ni ittiham etdi

Tarix:

27-06-2018, 16:29

/ 10 282 dəfə oxundu.
Türkiyə Aİ-ni ittiham etdi

Türkiyə Avropa İttifaqını (Aİ) ölkəyə qarşı ədalətsiz mövqe tutmaqda ittiham edib.

Gunaz.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Aİ növbəti dəfə Türkiyəyə qarşı ədalətsiz və qeyri-səmimi münasibət sərgiləyib:

“Türkiyənin Aİ-dən uzaqlaşması barədə bəyanat riyakarlıqdır və həqiqətə uyğun deyil”.

Qeyd edək ki, ötən gün Avropa İttifaqı bəyanat yayaraq rəsmi Ankaranın getdikcə Aİ-dən uzaqlaşdığını və tərəflər arasında danışıqların dalana dirəndiyini bildirmişdi.

 

скачать dle 12.1

Şərhlər