
Suriyada Bəşər Əsəd rejiminin ölkənin cənubuna təşkil etdiyi hücumda 6 mülki vətəndaş dünyasını dəyişib.
Gunaz.Az xarici KİV-ə istinadən xəbər verir ki, Dera qəsəbəsinin bombalanması nəticəsində 7 nəfər isə yaralanıb.
Əsəd rejimi 6 gündür ki, müxaliflərin nəzarətində olan Busra Əl Hərir, Lacat və Hirak bölgələrinə hava və quru hücumları təşkil edir. Əməliyyatda hökümət qüvvələrinə Rusiya dəstək verir.