SON DƏQİQƏ

Sabiq nazir casusluğa görə həbs olundu

Tarix:

18-06-2018, 18:20

/ 10 308 dəfə oxundu.
Sabiq nazir casusluğa görə həbs olundu

İsrail Knessetinin keçmiş deputatı və keçmiş energetika və infrastruktur naziri Qonen Segev İran kəşfiyyatına casusluq ittihamı ilə həbs edilib.
Bu barədə İsrailin Daxili Təhlükəsizlik Agentliyinin (Şin-Bet) məlumatında bildirilir.

Şin-Betin və polisin araşdırmaları göstərib ki, Q.Segev 2012-ci ildə Nigeriyaya səfəri zamanı İran səfirliyində həmin ölkənin xüsusi xidmət orqanları ilə razılaşmaya gedib. O, dünyanın müxtəlif ölkələrində otellərdə və mənzillərdə iranlı vasitəçilərlə görüşüb və onlara şifrələnmiş məlumatlar ötürüb. (Virtualaz.org)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ