SON DƏQİQƏ
» » DÇ-2018: Açılış mərasimində bu müğənnilər iştirak edəcək

DÇ-2018: Açılış mərasimində bu müğənnilər iştirak edəcək

Tarix:

11-06-2018, 14:18

/ 10 380 dəfə oxundu.
DÇ-2018: Açılış mərasimində bu müğənnilər iştirak edəcək

Britaniyalı ifaçı Robbi Uilyams və rusiyalı opera müğənnisi Aida Qarifullina Rusiyadakı futbol üzrə dünya çempionatının açılış mərasimində çıxış edəcəklər. 

Gunaz.az xəbər verir ki, tədbirə Braziliya yığması ilə ikiqat dünya çempionu olmuş Ronaldo da qatılacaq.

Mundialın açılışı iyunun 14-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək. Mərasim Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasındakı ilk qarşılaşmadan yarım saat əvvəl - Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, 11 şəhərdəki 12 stadionda keçiriləcək dünya çempionatına iyulun 15-də yekun vurulacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ