SON DƏQİQƏ
» » Türkün hücum xəbərini eşidən PKK liderləri qaçdı

Türkün hücum xəbərini eşidən PKK liderləri qaçdı

Tarix:

6-06-2018, 13:16

/ 10 300 dəfə oxundu.
Türkün hücum xəbərini eşidən PKK liderləri qaçdı

Türkiyə Silahlı Qüvvələrinin Qəndilə hücum edəcəyi xəbərini eşidən PKK terror qruplaşması təşvişə düşüb.

Gunaz.az Axar.az-a istinadən xəbər verir ki, Afrində 5 minə yaxın terrorçunu məhv edən TSQ-nın hücum hazırlıqlarından xəbər tutan qruplaşma liderləri bir-birinin ardınca açıqlamalar yayır.

Qəndildə gizlənən PKK liderləri Mustafa Qarasu və Cəmil Bayık kameraların qarşısına keçib. Türkiyənin hazırlıqlarından xəbərdar olduqlarını ifadə edən terrorçu liderləri Avropadan kömək istəyiblər.

Bölgədə TSQ-nın aktivliyinin artması səbəbi ilə Cəmil Bayık və Murad Qarailan kimi bir çox PKK liderinin Qəndildən qaçdığı da iddia olunub.

Türkiyənin PKK-nın beşiyində həyata keçirəcəyi əməliyyatın təməlində “Bölgəni azad edib, sonradan geri çəkilmək əvəzinə terroru mənbəyində məhvetmə” ideyasının dayanacağı bildirilib.

скачать dle 12.1

Şərhlər