SON DƏQİQƏ
» » Hindistanda etirazlar nəticəsində ölənlər və yaralananlar var

Hindistanda etirazlar nəticəsində ölənlər və yaralananlar var

Tarix:

24-05-2018, 11:50

/ 10 380 dəfə oxundu.
Hindistanda etirazlar nəticəsində ölənlər və yaralananlar var

Hindistanın Tamil Nadu ştatında yerləşən Tutikorin şəhərində polislə nümayişçilər arasında son iki gündə baş verən toqquşmalarda azı 13 nəfər ölüb, 70-dən çox adam yaralanıb.

Bu barədə Gunaz.az  RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, mayın 22-dən bu liman şəhərində kütləvi nümayişlər başlayıb. Etirazçılar "Sterlite Industries" şirkətinə məxsus çuqunəridən zavodunun bağlanmasını tələb edib, eləcə də yeni zavodun tikintisinə qarşı çıxıblar.

Sakinlər bu şirkətin işinin Tutikorin şəhərini çirkləndirdiyini və yerli əhalinin səhhətinə mənfi təsir göstərən əsas səbəblərindən biri olduğunu düşünürlər.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ