SON DƏQİQƏ
» » Sensasiya: Paşinyana sui-qəsd planı, Sərkisyan rus yolunda – Erməni KİV

Sensasiya: Paşinyana sui-qəsd planı, Sərkisyan rus yolunda – Erməni KİV

Tarix:

19-05-2018, 14:34

/ 10 426 dəfə oxundu.
Sensasiya: Paşinyana sui-qəsd planı, Sərkisyan rus yolunda – Erməni KİV

Keçmiş prezident Serj Sərkisyan və onun başçılıq etdiyi “Qarabağ klanı”na qarşı etiraz nümayişlərinin əvvəlində Nikol Paşinyan Qərbyönümlü siyasətçi təsiri bağışlasa da, sələfləri kimi o da Kremlin hipnozuna düşdü. Belə bir vəziyyətin Ermənistanı yenidən qarışdıracağı gözlənilir.

Teleqraf.com xəbər verir ki, Ermənistan KİV-i baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlanması ilə bağlı sensasiyalı iddianı ekspertlərin müzakirəsinə çıxarıb.

İddiaya görə, Qərbyönümlü baş nazirin Serj Sərkisyan vasitəsilə yola gətirilməsi Kremllə işbirliyində olan siyasi elitanı risk altında qoyub. Ehtimallar bu dəfə Qərbin siyasi dairələrinin birbaşa iştirakı ilə başlayacaq siyasi proseslər üzərində cəmləşib.

Mayın 16-dan paytaxt İrəvanda yenidən hakimiyyət əleyhinə start götürmüş etirazlar təsadüfi hesab edilmir. Qeyd edilir ki, Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşdə ciddi təzyiqlə üzləşən Nikol Paşinyan özünü çətin vəziyyətə salıb. Hətta onun təzyiqlər altında Putinlə gizli anlaşdığı bildirilir. Bununla bağlı erməni KİV-ə diplomatik mənbələrdən sızdırılan məlumatlar Paşinyanın xeyrinə deyil.

Söhbət “Cənab X” adlı Qərb agentinin başçılığıyla Ermənistanda gözlənilən anti-hakimiyyət nümayişlərinin ikinci və həlledici mərhələsindən gedir.

Mənbələr “Cənab X” şifrəli şəxsin Qərb siyasi dairələri ilə geniş əlaqələrə malik olan iş adamı və Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyanın olduğu qənaətindədir.

Erməni sui-qəsd nəzəriyyəçiləri bu mərhələdə Serj Sərkisyan vasitəsilə yenidən Rusiyanın təsir dairəsinə düşmüş Nikol Paşinyana qarşı qəsd planının icra olunacağını bildirirlər.

Ekspertlər bunun əslində Sərkisyan və “Qarabağ klanı”nın birdəfəlik siyasi meydandan uzaqlaşdırılması məqsədi güddüyünü deyirlər. İddiaya görə, vəziyyətin xaotik məcraya yönəldiyini görən Serj Sərkisyan Rusiyaya qaçmağa hazırlaşır. Lakin Moskvadan gələn hədələyici mesaj hələlik onu bu fikrindən daşındırıb. “Qarabağ klanı”nın əsas fiquru hadisə yerində olmalıdır...

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ