SON DƏQİQƏ

Ukrayna daha 61 ölkə ilə vizanı ləğv edir

Tarix:

12-05-2018, 11:37

/ 10 277 dəfə oxundu.
Ukrayna daha 61 ölkə ilə vizanı ləğv edir

Ukrayna 61 ölkə ilə viza rejiminin ləğvi ilə bağlı danışıqlar aparır.

Gunaz.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN-in rəsmisi Sergey Menyaylo bildirib.

“Bunu qarşılıqlı olaraq təklif edirik. Yəni bizim vətəndaşlar xarici ölkələrə vizasız səyahət edə bilsin və əksinə. Məqsədimiz Ukrayna vətəndaşları üçün vizasız səyahət coğrafiyasının genişləndirilməsidir”, deyə XİN rəsmisi qeyd edib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Kiyev Uruqvay, Peru, Kolumbiya və Meksika ilə viza tələbinin ləğv edilməsi haqqında sazişlər imzalamaq niyyətindədir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ