
Əfqanıstanın Qəndəhar vilayətində kamikadze terrorçu mədrəsədə terror aktı törədib.
Gunaz.az xəbər verir ki, terror hücumu nəticəsində 11 şagird dünyasını dəyişib.
Əfqan mətbuatı bildirir ki, terrorçular yaxınlıqdakı Rumıniya konvoyuna hücum etmək istəyiblər. Rumın hərbçilər NATO missiyası tərkibində xidmət edirlər.
Hərbçilərdən ölən olmayıb, 6 nəfər yaralanıb. Hücuma görə heç bir qruplaşma məsuliyyəti öz boynuna götürməyib.