SON DƏQİQƏ
» » Liviya hərbi təyyarəsi qəzaya uğradı: ölənlər var

Liviya hərbi təyyarəsi qəzaya uğradı: ölənlər var

Tarix:

30-04-2018, 09:22

/ 10 252 dəfə oxundu.
Liviya hərbi təyyarəsi qəzaya uğradı: ölənlər var

Liviyanın cənub-qərb hissəsində hərbi təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub, bir nəfər yaralanıb.

Gunaz.az xəbər verir ki, təyyarənin Liviya Silahlı Qüvvələrinə məxsus olduğu bildirilib.

Məlumata görə, hərbi təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra Şerara neft yatağının ərazisinə düşüb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

скачать dle 12.1

Şərhlər