SON DƏQİQƏ
» » Etiraz dalğası Ermənistanın daha bir şəhərinə yol tapdı

Etiraz dalğası Ermənistanın daha bir şəhərinə yol tapdı

Tarix:

21-04-2018, 14:47

/ 10 511 dəfə oxundu.
Etiraz dalğası Ermənistanın daha bir şəhərinə yol tapdı

Ermənistanın Eçmiadzin şəhərində yüzlərlə müxalifət tərəfdarı küçələrə axışıb.

Gunaz.az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Mərkəzi küçələri bağlayan etirazçılar hökumət əleyhinə müxtəlif şüarlar səsləndirir, sakinləri aksiyaya qoşulmağa çağırır.

“Eçmiadzin polisi vəziyyətə nəzarət edir. Nümayişçiləri ictimai asayışı pozmamağa, aksiyanı qanun çərçivəsində keçirməyə çağırırıq”, -deyə polis idarəsinin bəyanatında deyilir.

Paralel olaraq Gümrü və Vanadzor şəhərlərində də Sarkisyanın baş nazir təyin olunmasına qarşı aksiyalar keçirilir. Toqquşmaların və ya saxlanılanların olmadığı bildirilir.

скачать dle 12.1

Şərhlər