SON DƏQİQƏ
» » 64 nəfərin ölümü ilə nəticələnən yanğının SƏBƏBİ BİLİNDİ

64 nəfərin ölümü ilə nəticələnən yanğının SƏBƏBİ BİLİNDİ

Tarix:

19-04-2018, 11:55

/ 10 257 dəfə oxundu.
64 nəfərin ölümü ilə nəticələnən yanğının SƏBƏBİ BİLİNDİ

Rusiyanın Kemerova əyalətində yerləşən "Qış albalısı" ticarət mərkəzində baş verən yanğının səbəbi məlum olub.

64 nəfərin ölümü ilə nəticələnən hadisənin işqılandırma sistemindəki qısaqapanma nəticəsində baş verdiyi ortaya çıxıb.

Məlumat Rusiya Fövqəladə Hallar Nazirliyinin Yoxlama və Nəzarət Departamentinin müdiri Renat Yenikeyev tərəfindən yerli mətbuata verilib: "Tam olaraq nə olduğunu bilmirik. Ancaq problem işıqlandırma sistemindən qaynaqlanıb. Qısaqapanma nəticəsində çıxan qığılcımlar top hovuzuna sıçrayıb. Yanğının əsl səbəbi Rusiya İstintaq Komitəsi tərəfindən aydınlaşdırılacaq".

Qeyd edək ki, 25 martda baş verən hadisədə 41-i azyaşlı olmaqla, 64 nəfər həlak olmuşdu. Ticarət mərkəzindəki yanğının uşaq oyun bölməsindən başladığı bildirilmişdi.

 

 

 

Gunaz.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ