SON DƏQİQƏ

Suriyada son dəqiqə - RAKETLƏR...

Tarix:

17-04-2018, 11:28

/ 10 288 dəfə oxundu.
Suriyada son dəqiqə  - RAKETLƏR...

Suriyanın hava müdafiə sistemi Şayrat hava bazasını hədəfə alan raketləri Humus bölgəsi üzərində təsirsiz hala gətirib.

Bu barədə Suriya və İran mediası məlumat yayıb."Sputnik"ə açıqlama verən hərbi qaynaq atılan və təsirsiz hala gətirilən raket sayının 10 olduğunu açıqlayıb.

Suriya rəsmi xəbər agentliyi SANA raketin qaynağına dair açıqlama verməyib.

"Reuters"in xəbərinə görə, hücumla bağlı Pentaqon rəsmiləri isə "Hazırda bölgədə bir amerikan hərəkətliliyi yoxdur"-cavabını verib.

Ərəb mediasından yerli qaynaqlar Suriyanın hava sahəsində İsrail təyyarələrinin göründüyünü ifadə edib.

Bəzi yerli media qaynaqları da raketlərin Suriyaya Livanı keçərək çatdığını bildirib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər