SON DƏQİQƏ
» » Əfqanıstanda polislərə hücum –15 ölü, 5 yaralı

Əfqanıstanda polislərə hücum –15 ölü, 5 yaralı

Tarix:

15-04-2018, 17:33

/ 10 298 dəfə oxundu.
Əfqanıstanda polislərə hücum –15 ölü, 5 yaralı

Əfqanıstanda “Taliban” terrorçuları nəzarət buraxılış məntəqəsinə (NBM) hücum ediblər.

Gunaz.az xəbər verir ki, bu barədə 1TV kanalı məlumat yayıb.

Məlumata əsasən, hücum Qanzi əyalətinin Caqatu rayonunda baş verib. insident nəticəsində 4 polis ölüb, daha 5-i isə yaralanıb.

Bundan əlavə Sari-Pul əyalətində də NBM-ə hücum olunub. Burada isə 11 hərbçi ölüb. Hücum zamanı 3 Taliban üzvü də öldürülüb, 4-ü isə yaralanıb.

Əfqanıstanda vəziyyət son aylar nəzərə çarpacaq dərəcədə pisləşib. Daha əvvəl kənd təsərrüfat olan ərazilərə nəzarət edən Taliban şəhərlərə hücumlara başlayıb. Həmçinin İŞİD-in də təsiri ölkədə getdikcə artmaqdadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ