SON DƏQİQƏ

Saakaşvili özünə yeni iş tapıb

Tarix:

7-04-2018, 17:28

/ 10 239 dəfə oxundu.
Saakaşvili özünə yeni iş tapıb

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bundan sonra Niderland Spikerlər Akademiyasında çalışacaq.

Gunaz.az-ın məlumatına görə, bu barədə M. Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

Niderland Spikerlər Akademiyası ilə əməkdaşlıq haqqında anlaşma əldə etdiyini bildirən sabiq prezident Avropada olduğu müddətdə təhsil ocaqlarında məruzə oxumaqla pul qazanacağını deyib.

“Ümid edirəm ki, uzun müddət məruzə oxumaq məcburiyyətində qalmayacağam. Təcrübəmdən məruzələr üçün deyil, oliqarxları hakimiyyətdən uzaqlaşdırmaq və real islahatlar üçün istifadə edəcəyəm”, – deyə o vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ