SON DƏQİQƏ

20 milyard dollarlıq layihəyə razılıq

Tarix:

3-04-2018, 14:10

/ 10 303 dəfə oxundu.
20 milyard dollarlıq layihəyə razılıq

Türkiyənin Atom enerjisi üzrə agentliyi "Akkuyu" AES-in birinci blokunun tikintisi üçün lisenziya verib.

Gunaz.az xəbər verir ki, "Rosatom"un reallaşdırdığı stansiya layihəsi Türkiyədə qəbul olunan bütün tələblərə cavab verir.

Stansiyanın təməlatma mərasimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə olacaq. Bu barədə Ərdoğan rəsmi "Tvitter" səhifəsində yazıb.

Qeyd edək ki, "Akkuyu" AES 4 enerji blokunun tikintisini nəzərdə tutur. Hər blokun gücü 1200 MVt təşkil edəcək. Layihənin dəyəri 20 milyard dollar təşkil edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ